• Rəşad Ağayev

4HL-Dörd Saatlıq Yaşam


İki insan eyni sözü istifadə edərək fərqli şeylər ifadə edə bilər, bu kofe söhbəti üçün yaxşı ola bilər lakin dünyayı anlamağa çalışarkən, xüsusilə sizə və başqalarına təsir edən dünyanı anlamağa çalışarkən yaxşı deyil. Ancaq Sokratın dedikləri ilə onların nə demək istədiklərini soruşmaqla onları yoldan çıxarmaq asandır, bu səbəbdən fəlsəfə söhbətdə qarışıq anlayışların aradan qaldırılmasında dəqiqlik kimi doğulmuşdur. Sokratdan bəri riyaziyyat elmləri və müqavilə hüququ ilə bağlı uzun bir ənənəyə sahibik və xəritələşdirmə baxımından dəqiqliyə əsaslanırıq. Ancaq insanların etiket istifadə etməsi ilə əlaqədar bir çox problemimiz var.

İnsanlar nadir hallarda “iş” dedikdə eyni şeyi nəzərdə tuturlar və eyni şeyi nəzərdə tutmadıqlarının fərqinə varmırlar. “İşçi” olaraq adlandırılan bu kateqoriyadakı insanlar üçün və biznes sahibi insanlar üçün “iş” fərqli mənalara gəlir. Kənardan çox oxşar görünsələr də, əslində hər bir kateqoriyanın bu hadisəni necə yaşadığı ilə bağlı bütün fərqi yaradan “işin” görünməz hissələridir. İşin işçi versiyasından başlayaq.

Müasir bir ofis işçisini nümunə olaraq götürək, o ümumiyyətlə 8 saat yatır, gündə 8 işləyir, 4 saat idman zalına gedib, yemək yeyir və daha sonra gün ərzində özünə cəmi 4 saat qalır. Yəni işçinin özünə ayıracağı 4 saatı var. Bu insanlara 4HL (Dörd Saatlıq Yaşam)-lər deyə bilərik. Bir insanın ömrünü bir gün ərzində boş keçirdiyi saata görə balacalaşdırmaq vulqar görünə bilər, amma yenə də özünüzə bir neçə saat ayırmağınız böyük bir şeydir. Zaman 4HL-lər üçün vacib bir anlayışdır. Onların dolanışığı bundan asılıdır. Belə ki, onun zəngli saatı var, çünki hər gün eyni vaxtda oyanmalı, hər gün eyni vaxtda nahar etməli və hər gün eyni vaxtda işdən çıxmalıdır. Onların işlərinin son tarixləri var və etibarlı olmalıdırlar. Etibarlı olmaq da onların işidir.

Korporasiyaların ayrı-ayrılıqda müqavilə bağlamamasının bir səbəbi var. Bu qənaətcil ola bilər, amma bu podratçıların ətrafda olub-olmayacağını bilmirsiniz. Onlar daha yaxşı təklif alıb sizlə ayrılıb başqa yerə gedə bilərlər. Odur ki siz orada oturub iş gözləyəcək birini işə götürməlisiniz. Hətta iş yoxdursa belə onlara pul ödəməlisiniz. Bu biraz məsrəflidir amma əvəzində etibarlılıq qazanırsınız. 4HL-lər indi bir işəgötürənə xidmət göstərdiyi bir mövqedədir və bununla da portfelindəki bütün istəyə bağlılıqları qaldırılmışdır. Amma 4HL-lərin də mənfi tərəfi var. İşəgötürən onlardan qurtulmaq istəyirsə bunu asanlıqla edə bilər. Ancaq 4HL-lərin şirkətdə payı yoxdur, onların maaşları var. Beləliklə, iş satılırsa onun üçün heç bir əhəmiyyət kəsb etmir.

Mənfi tərəfi üstünlüyün və istəyə bağlılığın olmamasının bir tərəfi intizamlı olmaqdır. Podratçı sadəcə gedə bilər, ona bir iş üçün pul verilir. Ancaq 4HL-lər şirkətin istədiyi hər şeyini dəyişdirə, şəkilləndirə bilər. 4HL-lər digər 4HL-lər ilə necə ünsiyyət qurmağı və şirkəti təmsil etməyi öyrənməlidir. Onlar sadəcə işin hissələrini etmək üçün deyil, başqa məqsədlər üçün də ordadırlar. Onların statusu nə tam olaraq ailə nə də ki,tam olaraq yad deyil bəlkə də heç işlətmək istəmədiyimiz tam başqa bir statusdur.

Burada dayanaq və 4HL-lərin mövqeyini təkrarlayaq.

•Etibarlı olmalıdır

•İstəyə bağlılıq yoxdur

•Üstünlüyü azdır

•Ardıcıllığı olmalıdır

•İntizamlı olmalıdır

Siz əlbəttə ki, işinizi itirmək istəmirsiniz. Bu xüsusilə Amerikada çox qorxuludur. Buradakı yoxsulluq Avropadakı kimi deyil. Avropada yoxsulluq darıxdırıcı, depressiv, estetik olmayan və əyləncəli deyil. Ancaq sağlam sosial rifah halları sayəsində buna dözmək olar. Lakin Amerikada yoxsulluq daha pisdir. Yoxsulluq səviyyəsi aşağıya düşdükcə Thunderdome şiddəti, irqi gərginlik, opoidlərin həddindən artıq dozası və narkotikə bağlı müharibə distopiyası xaricində bir Mad Max ilə qarşılaşacaqsınız. Bunlar yoxsulluğun bir hissəsidir. Çoxları bu barədə düşünmək istəmir. Və onları günahlandırmıram. Ümumiyyətlə, Amerikanı 3 ölkəyə bənzətmək olar. Biri zəngin, xoşbəxt yerdir, ikincisi orta sinifdən birinin yaşadığı, digəri isə döyüş bölgəsidir. Bir Amerikalı olaraq, bacarsanız birinci səviyyədə qalmaq istəyərsiniz.

Sizi bu səviyyədə saxlayan yeganə şey puldur. Və insanların çoxu pulu işlərindən qazanır. Demək olar ki, sizin əsl işiniz əslində işdə ardıcıl olmaqdır. Beləliklə siz Davamlılıq sahəsi adlı sahədəsiniz. Bu elə bir sahədir ki ani çaşqınlıq böyük səhvlərə gətirib çıxara bilər. Başqa cürə desək burda əsas məsələ qol vurmaqdan deyil, həm də qolları şəbəkəyə buraxmamaqdan ibarətdir. Bu sadə fikir həm sizin, həm də başqalarının həyatına təsir edir.

Mənbə: https://paulskallas.substack.com/p/basic-concepts-pt1


105 views

Recent Posts

See All