• Ürfan Mustafalı

Incel


İnternet həyatımızda sıradan bir hal alandan sonra özlüyündə ayrı bir dünya olmağa başladı. Bu dünyada trendlər, münaqişələr, ideologiyalar yarandı, məşhurlaşdı və söndü. Köklərinin 90-cı illərin əvvəllərinə dayandığı deyilən, son illərdə daha da məşhur olan bir internet mədəniyyəti məhsulu da var ki, Incel olaraq adlandırılırlar. Kimdir axı bu Incellər?


İlk olaraq bu insanları asosyallıqla, içədönük xarakterə sahib olmaqla, vaxtını evində keçirməyi sevməklə qarışdırmaq olmaz. İngilis dilindən tam açıqlaması “involuntary celibate” olan, tam tərcüməsi “istəksiz bakirlər” kimi çevrilə biləcək kiber topluluq deyilə bilər. İlk çıxdığı illərdə (1990-ların sonunda) , bu insanlar sadəcə sevgilisi olmamış, demək olar nadirən hansısa qızla danışmış, can atsa da bakir qalan, əksəriyyəti 18-24 yaş arası gəncləri əhatə edir. Əslində bu cür insanlar tarixboyu həmişə var olub. Sadəcə internet sayəsində bir araya gəldilər, təşkilatlandılar, topluluqlarına ad qoydular. Buraya qədər heçbir problem yoxdur. Ortaq problemləri olan, sosyal fobiyadan əziyyət çəkən, major depresyada boğulan insanların özünün yalnız olmadığını hiss etməsi, onun kimi başqalarının da olmasını bilməsi, bir-birilərinə təcrübələrindən bəhs edib, məsləhətlər verməsi faydalıdır.


Incellərin dünyagörüşü iki əsas fikir ətrafında formalaşıb:


1. Toplumun böyük çoxluqla insanların fiziki xüsusiyyətlərinə görə iyerarxiyadan ibarət olmağı

2. Bu iyerarxiyanın yaranma səbəbinin qadınlar olmağı


Bu iyerarxiyanın başında olan ideal(!) qadın və kişilər, “Stacy” və “Chad”, ortalarda hesab olunanlar “Normie” və ən dibdə yaşayanlar Incel elan edildi. Beləliklə, toplumda çox az olan “Chad”lar toplumdaki qadınlar bir çoxunu özünə çəkir. Cəzbedici olmayan qadınlar da “Normie”lərin payına düşür. Incellərə isə heçkim qalmır. Onlar, özlərini “Normie”lərdən sadəcə fiziki görünüş yox həm də fərqinə vardıqları birşeyin, sadəcə onlara məxsus içgörüşün olmağı ilə fərqləndirirlər. Incellər, digərlərinin əksinə, kişilərin genetic lotereya tərəfindən “Chad” seçildiyini, uğursuz olanların qadınlar tərəfindən sevilmədiyi, yalnızlığa, ayrıseçkiliyə məhkum olduqlarını düşünürlər.


Bütün bunlar doğrudur mu? Çoxluqla, xeyr. İnsanlar üçün digərlərini sevib-sevməməyə fiziki görünüşün təsiri var. Fiziki olaraq güclü, sağlam kişilər minillər boyu sağlam nəsilin əsası olub və seçiliblər. Ancaq bir məqam var. Hazırda biz təbiətin içində yaşayan primatlar deyilik. Hələ də heyvanıq, bəli və genetikanın qarşı cins seçimində təsiri danılmazdır. Ancaq biz artıq sosial heyvanlarıq. Sosyal dünyamızın bir parçasıyıq və qarşı cins seçiminə yumor duyğusundan, qrup içindəki davranışlara qədər əksər sosyal davranış təsir edir. Məsələni fiziki görünüşə qədər endirmək, reduksionizim deyilən xətaya gətirib çıxarır- insan davranışlarını ANCAQ biologiya ilə açıqlamağa çalışmaq kimi.


Redpill ( gerçəyi qəbul etmək)/ Bluepill ( illuziyada yaşamaq) axınlarından əmələ gələn Blackpill nihilist düşüncəsi də məsələnin əsas nöqtələrindən biridir. Blackpillçilər, tam bir nihilist aspektlə özlərini hüzünün qollarına buraxırlar:


Qadınlar və toplum, fiziki görünüş olaraq daha zəif kişilərə qarşı önyarğılıdır, bu kişilərin hansısa qadın tərəfindən cazibədar görünməyi imkansızdır


Bu düşüncə ilə yekun Incellik qəbul edilir, taleh-alın yazısı sorğusuz qəbullanılır və bu fərdlər sanki sonsuz qara dəliyin içinə çəkilirlər.


İşlər son illərdə dəyişdi. Sosyal medya insanları radikallaşdırmağa başladı. Kişilərdən diqqət ala bilməyən qadınlar radikal feminizmə yönəldi, qarşı cinsə təhqirlər yağdırmağa başladı. Buna qarşılıq feminizmlə problemi olmayanlar (profeministlər) belə ideologiyaya qarşı radikallaşdı. Reddit kökənli redpill/bluepill/blackpill kimi axınların neqativ bir nəticəsi olaraq hazırki Incellər ortaya çıxdı. İşin əslindən fərqli olaraq, bu qrup yenə sosyal medyanın ucbatından yanlış gözəllik qavrayışını mənimsədilər. Logitech oyun siçanları kimi çənəsi olanlar, qızlarla yaxın olub, sevgililik təcrübəsi olanlar, cinsi həyatı olanlar Chad, bunlardan məhrum olanlar Incel kimi kategoriyalandı. Nəticədə stereotiplər yarandı, qarşı cinslə bağlı uğursuz təcrübələri olan gənclərə bütün sosyal platformalarda lağlağılar edildi, təhqirlər, xor görməklər sıradan hal aldı. Bütün bunlar da normal olaraq tam tərsi reaksiya ilə qarşılandı. Incellər radikallaşdı

Nifrət nifrəti yaratdı. Incellər, özlərinin Chad adlandırdığı insanlara da qarşı kin duymağa başladılar, nəticədə hələ 18 yaşı olmamış gənclər özlərindən daha yaraşıqlı olduğunu düşünən dostlarını, sinif yoldaşlarını öldürdü. Buna səbəb şübhəsiz ki, aşağılıq kompleksi, yetərsiz ailə sevgisi, zəif sosyal əlaqələrdir

86 views

Recent Posts

See All