• Mehdi Qasımlı

İqtisadiyyatla nə edək?


Artıq Bünövrənin də iqtisadi mövzular barəsində fikirlərini təqdim etməyinin vaxtları gəlib. Meynstrim tərəfəkürdə iqtisadi mövzularda sağçıların fikirləri liberalların, libertarianların və anarxo-kapitalistlərin fikirləri ilə assosiasiya olur. Anarxo-kapitalistlərin və libertarianların dövləti ləğv etmək istəkləri absurd və praktikası mümkün olmayan konsepsiyaların yaranmasına səbəb olur. Azad bazarın mövcud olması üçün dövlətin olmasının vacibliyini inkar edənlərlə nəyinsə müzakirəsini aparmağa belə dəyməz. Azad bazar ancaq dövlətin varlığı çərçivəsində mövcud bir məhfumdur. Liberallar isə azad bazarın effektiv olması üçün strateji önəm daşıyan sahələrin özəlləşdirməsini tələb edirlər, çünki iqtisadi effektivliyi hər bir şeydən önəmli tuturlar. Amma yarana biləcək oliqarxiyanı və yaxud da beynəlxalq şirkətlərin ölkələrindəki ağalığını nəzərdə tutmurlar. Ona görə də sadaladığımız destruktiv fikirlərdən uzaq 9 əsas mövzuya toxunan bir proqram təqdim etməyə özümüzü borclu bilirik.


1) Dövlət şirkətləri:

Strateji əhəmiyyətli iqtisadiyyatın sahələrində fəaliyyət göstərən dövlət şirkətlərin heç bir halda özəlləşdirilməməsi təhlükəsizliyimizi qoruyur, ona görə də həmin şirkətlər daha effektiv idarə edilməsi və onların öz aralarındakı və dövlətlə arasındakı koordinasiyasını təkmilləşdirilməsi üçün vahid bir mərkəzə tabe olmalıdırlar. Beləliklə onlar bir vahid qurumun tərkibində fəaliyyət göstərməlidirlər.


2) Xırda manafakturalar və istehsalçılar:

Fərdlərin birləşərək yaratdığı kiçik manafakturaların işçi korporativləri formasında cəmləşməsi dövlət tərəfindən stimullaşdırılmalıdır. Bu ölkənin öz istehsalının yaranmasına səbəb olacaq və xarici bazarlardan asılılığı azaltmaqda da kömək edəcək. Həm də işçi korporativləri şirkətin strateji qərarlarırda işçilərin söz sahibi olmasına və iş şəraitini tənzimlənməsində rol oynayaraq həmkarlar ittifaqının rolunu azaldacaq. Beləliklə işçi və sahibkar qarşı durmasının qabağı alınacaq və müxtəlif sosial təbəqələrin kooperasiyasına nail olmuş olacağıq. Kiçik korporativlər böyük korporativlər federasiyasının tərkibində birləşərək fəaliyyət göstərə bilər və aralarındakı münasibət bir qurum daxilində tənzimlənər. Müxtəlif federasiyaların bir biri ilə və dövlətlə əlaqələrini rəsmi qurumların tənzimləsi cəmiyyəti sosial qruplara görə bölən həmkar ittifaqların lazımsız olmağına gətirəcək.


3) Sahibkarlıq:

Orta və kiçik sahibkarlığın inkişafı üçün lazım olan mütləq şərt özəl mülkiyyətin toxunulmazlığıdır. Özəl mülkiyyətin toxunulmazlığının bizim təklif etdiyimiz iqtisadi modelintəməllərindən biridir və onun təminatı üçün məhkəmə sistemi özəl mülkiyyətlə bağlı mövzularda sahibkarın hüquqlarını qorumalıdır. Beləliklə məhkəmə sisteminin şəffaflığı sahibkarlığın inkişafı üçün əsas şərtlərdən sayılır.


4) Böyük şirkətlər və Holdinqlər: Mühüm infrastruktur layihələrin və istehsalatın olması iqtisadi inkişafın lokomotividir. Ölkəmizin özü özünü təmin etməsi və xarici bankirlər, fondlar, kompaniyalardan asılılığının olmaması üçün Dövlət Bankı və müxtəlif dövlətlə bağlı fondlar mövcud böyük şirkətlər və holdinqlər üçün investisiya proqramını hazırlamalıdır. Yeni obyektlərin və istehsalatın yaradılması əvəzinə maliyyələşdirilməlidir. Əlbəttə şəffaflığın qorunması üçün bütün bu proses konkret planlaşdırılmış proqram çərçivəsində getməlidir və obyektlər vaxtında hazır olmadığı təqdirdə müsadirə edilməlidir. Beləliklə həm böyük biznesin və holdinqlərin milli maraqlara xidmət etməsini, həm də iqtisadiyyatımıza xarici təsirləri azaltmış oluruq.


5) Elm:

Elmin inkişafı üçün mərkəzləşdirilmiş və ancaq bu sahə üzərində ixtisaslaşmış dövlət fondunun innovasiya yaradan fərdlərə və komandalara ilkin maliyyə ayırması elmin stimullaşdırılması üçün ideal bir yoldur. "Start-up"-ların maliyyələşdirilməsinin bir mərkəzdən olmaması prosesin şəffaflığını azaldır və yeyinti potensialını artırır. Həmçinin bir mərkəzdən verilən dəstək elmin inkişafı üçün verilən güclü bir təkan olacaq və gələcək özəl investisiyalar üçün infrastrukturun yaranmasına kömək edəcək. Çünki ilkin dəstəkdən sonra artıq özəl investorların müxtəlif kvazi-dövlətlə əlaqəli olan qurumlarla rəqabəti olmayacaq və özəl investorlar artıq ilkin dəstəkdən sonra yaradılmış modeli görüb innovasiyanın potensialını qiymətləndirə biləcəklər. İnnovasiyanı yaradanlar prosesində çox şahəli olmasında və qəlizliyindən əziyyət çəkməyəcək.


6) Dövlət bankı:

Dövlətin sahib olduğu bankların birləşdirərək vahid dövlət bankının yaradılması. Bu dövlətin bank sektorundakı əməliyyatlarda daha effektiv və bir başa iştirakını təmin edəcək.


7) Mərkəzi Bank:

Mərkəzi Bankın ləğvi və onun idarə etmə və nəzarət funksiyalarının birbaşa Maliyyə nazirliyinə həvalə edilməsi. Bu nazirliyin iqtisadi proseslərə daha effektiv təsir etməsinə kömək edəcək.


8)Vergilər sistemi:

Müasir gəlir vergisinin bir neçə problemi var.Ya hesablanmasının, toplanmasının və yoxlanışının xərcləri həddən artıq çoxdur, ya da vergi yükü kapitalın axımına və iqtisadi aktivliyini tənəzzülünə gətirir. Buna görə də gəlir vergisinin əvəzinə işləyən şəxsin gəlirindən asılı olmayaraq onun ödəyəcəyi bir məbləğ təyin olunmalı və hər bir işləyən yetkin şəxsdən ildə bir dəfə ancaq o toplanmalıdır. Beləliklə vergi məsələləri bağlı xərclənən administrativ resurs və maliyyə minimuma endirilmiş olacaq. Həm də vergilər iqtisadi aktivliyə ziyan vurmayacaq.


9) Kənd Təsərrüfatı:

Ölkəmizin qida təhlükəsizliyinin təmin edilməsi əsas məqsədlərindən biri sayıla bilər. Kreditlərin verilməsinin effektivliyinə şübhə edirik. Bunun əvəzinə Kənd Təsərrüfatı Nazirliyinin kənd təsərrüfatı məhsullarının istehsalçıları ilə uzun müddətli (50+ il) istehsalatla bağlı dövlət kontraktlarının imzalanmasının və beləliklə istehsal olunacaq bütün məhsulun təyin olunmuş məbləğ qarşılığında dövlət tərəfindən alınmasını təklif edirik. Beləliklə istehsalçıların məhsulun xarici bazarlarda lazımsız olması, siyasi səbəblərə görə sanksiyalar və bazardakı dəyişikliklərə görə dəyərsizləşməsi təhlükəsindən qorumuş və dövlətin kənd təsərrüfatına bir başa dəstəyini təmin etmiş oluruq. Əlbəttə bu kontraktda istehsalçının da müəyyən məsuliyyətləri olacaq. Yeni aqrar texnologiyaların tətbiqi, istehsalatın artırılması və texnikanın yenilənməsi də buna daxildir.

51 views

Recent Posts

See All