• Əli Seyidzadə

Məmlüklər

Updated: Oct 2, 2021

Keçmiş Yunan, Roma və İslam mədəniyyətlərində köləliyin bir çox növü vardı: bir kölə həm, tacir həm sənətkar ola bilər, hətta gizli məsələlərin paylaşılıb, məsləhət alındığı adam belə ola bilərdi.



Ancaq İslam dünyasında digərlərində görünməyən bəzi güzəştlər də verilmişdi.Məhəmməd Peyğəmbərin soyundan gələn bir xəlifənin idarəsində həm din həm dövlət işlərində güclü yer tutmuş kölələr görmək olar.Hətta əsgər belə ola bilərlər və bunun zirvəsinə İslam dünyasında şahid oluruq.


İsa Peyğəmbərdən fərqli olaraq Məhəmməd peyğəmbər döyüşdü idi. Silahdan istifadə edir, döyüşlərdə yaralanır və ona açıqlandığı kimi İslam düşmənlərinə qarşı cihad edirdi. Özündən sonra isə xələflərindən biri xəlifə seçilirdi. İlk xəlifələr döyüşmədən sülh içində yaşamaq istəyən əsgərlərə əldə etdikləri qənimətlərlə aylıq maaş kəsməyə başladı. Kimin xəlifə olacağı isə ayrı bir məsələydi. Xəlifə Məhəmmədin soyundan gəlməli, ya şuranın seçdiyi adam olmalıydı? Bu özü ayrılıqda böyük münaqişəyə səbəb olmuşdu və İslamın iki böyük məktəbinin yaranması da, elə, buradan başlamışdı. Müsəlmanlar üçün başqa bir müsəlmanla savaşmaq qadağan olunmuşdu. Müharibə cihad demək idi və bu qətiyyən din qardaşlarına qarşı ola bilməzdi. Hər şeyə rəğmən bəzi müsəlmanlar xəlifəlik uğrundakı mübahisələri döyüşə qədər gətirib çıxartdı və bir müddət sonra müsəlmanlar açıq şəkildə torpaq üçün bir-biri ilə müharibəyə başladı. Bu hadisələrin qarşısında isə bəzi dindar müsəlmanlar dünyəvi işlərdən əllərini üzdü. Keçmiş qəhrəmanlıqları ilə məşhur olan ərəblər maaş kifayət etmədiyindən hərbidən uzaqlaşdılar. Bu dini sonradan seçənlər isə dindarlıqlarına görə döyüşməkdən üz çevirdilər. Müsəlmanlar dünyanı ikiyə böldülər: Darül’islam (İslam dünyası) və Darül’harb (Müsəlman olmayanların dünyası və ya Müharibə dünyası).


Buna baxmayaraq, müxaliflərin xəlifəlik üzərində iddiaları və “müqəddəs müharibələr” döyüşləri qaçılmaz edirdi. Xəlifələr bu problemə çıxış yolu tapmalıydılar. İslam dünyası ilk vaxtlar, savaşa, komandirlərə tabe etdikləri əslən ərəb olmayıb bu dini sonradan seçənləri göndərirdi. Tədricən bu fikirdən yararlanan ərəblər isə kölələri əsgər kimi istifadə etməyə başlamışdılar.


Kölələrin çoxu Xəzər dənizinin orta Asiya ilə həmsərhəd əraziləri və Əfqanıstan dağları arasındakı bölgədən, sonralar isə Qara Dənizin şimalından gətirilirdi. Xəlifə əl-Müntəzir bu yeni üsulu tətbiq etməyə başlayanda həmin ərazidə yaşayanlar arasında türklər sayca daha çox idi. Bir iddiaya görə əl-Müntəzirin belə bir ifadəsi də vardı: “Dünyada heç kim türklərdən daha cəsur, daha sadiq və daha sıx deyildi”. Eyni zamanda, köçərilər qərbə doğru yayılmağa başlayan ticarət üçün tez-tez gəlib keçdikləri bu ərazilərdə İslam dünyası ilə tanış olmuş, bozqırın sərt iqlimindən qaçaraq məlum torpaqlara köçməyə başlamışdılar. Bozqır xalqları Denyl Paypsın (“Daniel Pipes”)“İçədönüş” adlandırdığı, müsəlmanlarda daha çox rast gəlinən və dinin dünya işlərindən ayrı olması fikrinə yad idilər. At belindəki məharətləri və oxçuluqları qonşu xalqlarda həm qorxuya həm də heyranlığa səbəb olurdu. Atçılıq bozqırlarda başlamışdı və bu ərazilərdəki xalqlar atları bədənlərinin bir hissəsi kimi idarə edirdi. Süvari silahları olan nizə, ox və qılıncı istifadə bacarıqlarına görə rəqibsiz idilər (Bozqır döyüşçülərinin məğlubedilməzliyini təqdir etmək üçün İngilis generallarının Məmlük qılıncları və onların istifadə etdikləri qılınclara oxşadılmışdı – bu cümlə kökündən dəyişdirilməlidir, məzmun aydın deyil) Bir az süd və ətdən başqa heç nə görməyən bozqır toplumları çətin həyat şəraitinə qarşı reflektiv olaraq talana yönəlmiş və ərəblər üçün bu böyük bir fürsətyaratmışdı. “Köləmənlik” müəssəsəsi qurulanda İslam dünyasının böyük ailə və rəisləri bu kölə əsgərlərə baxmaq tapşırığını almışdılar və hörmətli, güclü iş sahibi olmaq istəyən gənclər bununla daha da həvəslənmişdi.


Köləmənlər uzun müddət İslama xidmət etmiş və eyni zamanda, bir çox dövlətin əsasını qoymuşdu. Hindistanda Müəzzilər, İran və Türküstanda Xarəzmşahlar, əsasən İran, Əfqanıstan və Hindistanın qərbində olan Qəznəvilər və Misirdə qurulmuş Tulunoğulları, Ağşidlər və Məmlük Sultanlığını buna misal çəkmək olar.


Məmlük əsgəri


1258-də Elxanilər Bağdat xəlifəsini məğlub edəndə 16-cı əsrə qədər xəlifəlik Məmlüklərin əlində keçmişdi. Əbu Şimanın dediyi kimi “Monqollar öz qardaşları tərəfindən məğlubiyətə uğradılıb yox edilmişdilər.” Elxanilərin Suriya və Misirə doğry genişləməsinə icazə verməyən, güclü vaxtlarında monqolları Əyn Cəllud döyüşündə məğlub etməyi bacaran məhz Məmlük sultanlığı idi.


Əyn Cəlluddakı Məmlüklərin çoxu Qara Dənizin şimalından uşaqkən satılıb təlim üçün Qahirəyə gətirilən qıpçaqlar idi. Bu kölə uşaqlar ilk olaraq ərəb əlifbasını sonra isə Quranı öyrənir daha sonra isə döyüş üçün yetişdirilirdilər.At üzərində silah istifadə etmə təliminə yəni Məmlüklərin əsas gücünü ortaya qoyan bu təlimə “Furusiyya” deyilirdi. Atı onu doğru sürənlə birləşdirən bu təlim, xristian avropasındakı təlimlərə çox bənzəyirdi.


Ancaq ata olan bağlılıq onların sonunu hazırlayırdı. Dünyadakı hərbi inkişafdan xəbərsiz qaldıqları üçün süvarilərin zəiflədiklərini və barıtın gücünü qavraya bilməmişdilər. Qərbi Avropanın cəngavərlərindən fərqli olaraq onlar barıtlı silahları tanımayıb, aşağı təbəqə sayılan piyada sinifinin önəmini də gec qavramışdılar. 15-ci əsrin sonuna qədər hərbi və siyasi vəziyyətləri dəyişməmiş, lakin “Furusiyya” təlimlərini yavaş-yavaş unutmağa başlamışdılar.


Köləmənlik sisteminin ən yaxşı tərəflərindən biri də Məmlüklərin istədiyi insanla evlənə bilməsi və uşaq sahibi olmaları eyni zamanda doğulan uşaqların azad olması idi. 14-15-ci əsrlərdə Misirə kölələr gəlməyə davam etdi və təlimləri bitdikdə keçmiş Məmlüklərlə tam olaraq eyni şeyləri etdilər. Bunun səbəbi Köləmənlərin xüsusi haqqlara (imtiyazlara) sahib olması idi.


Onlar 16-cı əsrin əvvəlində iki fərqli sahədə inkişaf etmiş odlu silahların təhdidi altında idilər. Ağır silahlara sahib Portuqaliya Qırmızı dənizdəki hakimiyyətini möhkəmlətmək istəyirdi. Şimaldan isə süvari birliklərini odlu silahlarla birlikdə istifadə edə bilən Osmanlı təhdidi vardı. Məmlük sultanı əsrin səhvini tələsərək düzəltməyə çalışdı, top-tüfəngləri hazırlatdırdı, furusiyya təliminə davam etti. Ancaq ən böyük səhv təlimlərdə odlu silahdan istifadə edilməməsi idi. Heç bir məmlük odlu silahdan necə istifadə edəcəyini bilmirdi. Alovlu silahları işlədənlər sadəcə qaralar ya da məğriblilərdən seçilirdi.


Nəticə isə gözlənildiyi kimi oldu. Portuqaliyaya qarşı coğrafi şəraitə görə qələbə qazandılar, lakin Osmanlı orduları ilə Mərcidabık və Ridaniyə döyüşlərində ağır məğlubiyətə uğradılar. Beləcə, Köləmənlik sistemi ləğv olundu və Misir Osmanlının tabeliyinə keçdi.


1798-də Napoleon Misiri işğal etdiyi zaman top və tüfəngə qarşı Məmlüklər furusiyya təlimləri ilə mübarizə aparıb məğlub oldular. Bu ”Zadəgan barbarların” döyüşünə heyran qalan Napoleonadında bir döyüşçünü, iqtidarda qaldığı müddətcə xüsusi qarovulu olaraq himayəsinə aldı. Həmin döyüşdən sağ qurtulan və hələ də odlu silahlara öz metodları ilə qalib gələcəklərini düşünən Məmlüklər 1811-də Qahirədə “Xristian” üsullarıyla döyüşməkdən çəkinməyən Kavalalı Mehmed Əli Paşa tərəfindən öldürüldülər.


Horace Verner,Erməni əsilli Məmlük Rüstəm Raza

Ölkəsinin başına gələn fəlakət barədə Məmlük tarixçisi İbni Zabul, köləmənlərin rəisi Kurtbeyin məmlüklər haqqında dediklərini yazır:


“Sözlərini dinləyin ki aramızda ölümə qaçan süvarilərin olduğunu sizlər də, başqaları da öyrənsin. Əgər buna inanmasanız, yoxlaya bilərsiniz. Amma zəhmət olmasa, adamlarınıza odlu silahlarını buraxmağı tapşırın. Burada müxtəlif millətlərdən 20.000-lik ordunuzla dayanmısınız. Olduğunuz yerdə dayanın və ordunuzu müharibəyə hazır vəziyyətə gətirin. Biz isə sadəcə 3 məmlüklə üstünüzə gələcəyik və olanları özünüz görəcəksiniz. Dünyanın dörd bir tərəfindən əsgər yığmısız: Aralarında xristianlar, yunanlar və digərləri də var. Hələ müsəlman orduları ilə bacara bilməyən avropalı xristianların düzəltdiyi odlu silahları da gətirmisiniz. Bu tüfəngi qadın belə istifadə etsə, böyük bir qrup kişini darmadağın edə bilər....”
33 views