• Ürfan Mustafalı

Modern dünyada kişilərə qarşı olan düşmənçiliyin səbəbi nədir?



Feminizmin hələ də məşhur arqumentlərindən biri “bütün kişilər potensial təcavüzçüdür” olaraq qalır. Bu fikir tvitterdə bir neçə sözdən ibarət paylaşımlarla “patriarx”ı məhv edən bir çox yeni nəsil feministlər tərəfindən arqument kimi istifadə olunur.


Bəs həqiqətən feminizmin arqumenti budurmu? Yoxsa məqsəd sadəcə nifrət yaradıb bundan faydalanmaqdır?


Orjinal ideya əslində bir önyarğını qırmaq üçün ortaya atılan bir araşdırma və nəticəsidir. Normalda belə bir məşhur fikir var: təcavüzkarlar çoxluqla kasıb, zəif sosial-iqtisadi vəziyyətdə olan insanlardan çıxır. Bunun yanlış olduğu haqqında geniş araşdırmalar aparıldı və nəticədə gerçəyin orjinalından fərqli olduğu ortaya çıxır. Yəni, təcavüzkarlar toplumun hər təbəqəsindən çıxa bilər, irq, din, sosial vəziyyət fərq etmir. Ancaq bu fikir getdikçə dəyişdirildi, bütün kişilər potensial təcavüzçüdür kimi yeni hal aldı. Təbii ki, bu akademik bir fikir deyil, sosial media alimlərinin əsəridir.


Başqa bir neçə səbəb göstərilə bilər, ancaq çoxluqla subyektiv fikirlər olacaq. Çünki hazırda sjwlər o qədər güc qazanıb ki, feminizmə zidd akademik məqalə yoxdur. Həmin anda senzuraya məruz qalır yaxud heç jurnal hakimləri qəbul etmir belə, halbuki bu elmin ən əsas qaydası olan akademik azadlığa tərsdi. Feminist qruplar çoxluqla tənqid qəbul etmir, hərşeyi günahını patriarxa atırlar və zidd fikirlər olduğu halda yəhudilərin hamını antisemitist elan etməsi kimi qadın düşmənliyi kartını oynayırlar.


Gözlə görünən kişi düşmənliyinin səbəbləri başqa nə ola bilər? Bəlkə günah keçisi lazım idi? Bəli. Patriarx sistem qadınları uzun müddət geri plana atdı. Bu danılmaz faktdır ancaq kapitalizmin gəlişi nəticəsində bu problem böyük ölçüdə aradan qalxdı. Son illərdə reformlar ilə artıq patriarx deyilən şey anaların uşaqları qorxutduğu Xoxandan bir fərqi yoxdu, gerçək deyil.


Amma qadınlar hələ də iş sektorunda da, elm sahəsində də, idman sahəsində də kişilərdən geri qalır. Kim günahkardır? Feministlərə görə, bəli, yenə kişilər və yenə patriarx sistem. Demək istədiyim qadınların zəka və.s sahələrində geri olduğu deyil. Ancaq modern dünyada hələ də geridə qalıblar. Bəlkə də inkişaf etmək, azad şəkildə yaşamaq o qədər də asan deyil? Bəlkə də kişi olmaq feministlərin dediyi qədər asan deyil?


Pozitiv ayrıseçkilik istənilir, bir insanın sırf kişi olduğuna görə işə alınmağına qarşıdılar ancaq sırf qadındır deyə işə alınması normal qəbul edilir. Bu ikili standartdan başqa birşey deyil. Feministlər zəhmət çəkib kişilər kimi illərlə bir sahədə yüksəlmək yerinə şikayətlənib kişiləri günahlandırır. İnternetdə şəkillərini sataraq milyonlar qazanan qadınları tənqid etdikdə isə slutshaming damğası vurulur. Həddindən çox çəkili olduğunu, sağlıq üçün zərərli olduğunu deyəndə bodyshaming damğası vurulur. Bəlkə də dəyişmək istəmirlər.


Artıq vəzifəsini bitirmiş feminizmdən qurtulmaq, qadınların tvit atılaraq cəmiyyətdə yüksəlməyə çalışmaq yerinə həqiqi işlər görmək, önyarğıları qırmaq, qərbin öz xəstəliyi üçün istifadə etdiyi reseptlər yerinə ölkəyə, mədəniyyətə, regiona görə həll yolu tapılmalıdır, başqa cür Azərbaycan qadını layiq olduğu yerə gələ bilməz.

57 views

Recent Posts

See All