• Hüseyn Hüseynov

Sağ və sol


Siyasət və ya siyasi fəlsəfə ilə maraqlananların qarşısına daim “sağ” və “sol” sözləri çıxmadadır. Əslində sadə görünsələr də bu sözlər özlərində yüzillər bundan öncə formalaşan fikirləri ehtiva edirlər. Başlayaq elə bu sözlərin siyasi mənalarının yaranmasından.


Fransız inqilabından əvvəl 1789-cu ildə yaradılan və inqilabdan sonra da öz fəaliyyətini davam etdirən məclisdə bütün ideologiyalardan olan zümrələr toplanmışdı. Bu zümrələrin hər biri dövlətin gələcəkdə necə idarə olunması ilə bağlı fərqli düşüncələrə sahib idi. 1791-ci ildə Məclis özünü əsas idarəedici orqan elan etdi və Kral 16-cı Luisi haimiyyətdən uzalaşdırdı. Bundan sonra siyasi xaosa sürüklənən Fransada yeni quruluşun necə olması ilə bağlı müzakirələr şiddətləndi. “Sağ” və “sol” ayrılığı da elə bu məclisdə iştirakçıların yerlərinə əsasən yaradıldı. Sağda oturanlar yaxud sağçılar kral hakimiyyətinin, köhnə quruluşun, monarxiyanın tərəfdarları idi. Solda oturanlar və ya solçular isə yeniliyin, respublikanın, inqilabçılığın tərəfdarları idi.


Fransadan əsasını götürən bu anlayışlar tezliklə bütün dünyaya yayıldı və öz mənalarını zənginləşdirdilər. Əvvəllər respublika yaxud monarxiyanın tərəfdarı olmaq sağ vəya solçu olmağa kifayət edirdisə artıq sağ və sol da öz daxillərində onlarla hissəyə bölünüb.


Ümumi olaraq ən geniş yayılan siyasi kompas üsulunu götürək. Kompasda 4 tərəf var. Yuxarı, aşağı, sağ və sol. Yuxarıya dövlətin gücünü artırılmasının tərəfdarları olanlar daxildir və aşağı doğru getdikcə dövlət əleyhdarlığı artır. Eynilə, sağa tərəf getdikcə isə iqtisadi olaraq mövcud sistemin (əmtəə-pul) münasibətinin qorunmasının tərəfdarları yerləşdikcə, sola doğru bu sistemin əleyhdarlığı artır.


Qısaca desək, hansısa bir ideologiyanın sağ və ya sol olması nisbidir və qarşı tərəfin ona baxışına görə fərqlənir. Məsələn, bir liberal üçün faşizm və sosyalizm eyni cərgədə yerləşir çünki hər ikisi də dövlətçidir. Yaxud bir sosyalist üçün faşist və liberal eyni xətdə yerləşir, çünki hər ikisini də burjua tərəfdarı olaraq görür.


Bəs bir milliyyətçinin bu siyasi kompasda olan mövqeyi nədir. Milliyyətçilik siyasi olaraq sağda yerləşir. Millətinin var olan adətlərini qorumaq, öz millətini digərlərindən üstün tutmaq və ya onu üstün etmətə çalışmaq, öz şəxsi əlaqələrində insanlarla mansibətlərində belə milliyyət anlayışını ön plana çıxarmaq və s. kimi başqa xüsusiyyətlərinə görə milliyyətçilik yuxarı sağ kateqoriyasına aid edilir.


Hər insanın ideologiyası onun həyatının mərkəzidir. Dünyada baş verən hadisələrə, əldə etdiyi məlumatlara, oxuduqlarına, ümumiyyətlə ətrafında olan hər şeyə bu ideologiyasını əsas götürərək reaksiya verir. Bu baxımdan fərdin sahib olduğu düşüncələr onun mərkəzidir. Bu mərkəzi də əsas götürərək fərd digər ideologiyalara da bu nöqtədən baxır. Qısaca, milliyyətçilik sağ olaraq izah edilsə də, milliyyətçi üçün mərkəzə yerləşib və bununla da, digər ideologiyalar ondan solda yaxud sağda yerləşir.


Məsələn, liberallıq yaxud demokratlıq da bir milliyyətçi üçün sosyalizm və anarxizm kimi solda yerləşir. Eynilə milliyyətçiliyin daha radikal formaları yaxud nasizm vəya irqçilik kimi ideologiyaların sağda yerləşməsi kimi. Milliyyət fikrini öz düşüncələrinin mərkəzi halına gətirən hər bir şəxs üçün milliyyətçilik mərkəzdə, digərləri isə öz xüsusiyyətlərinə görə solda yaxud sağda yerləşir. Son olaraq ümumiləşdirsək, milliyyət fikrini daşımayan bütün ideologiyalar soldur.


46 views

Recent Posts

See All