• Aynur Hüseynli

Yaradılışdakı geosiyasət




Həm geosiyasi, həm də fəlsəfi anlayışlar kimi “quru” və “dəniz” arasındakı analitik müqayisə bir memə çevrildi: Hegel, Carl Schmitt, Deleuze və Guattari və Aleksandr Dugin bu barədə uzun-uzadı yazmışdırlar. Tarixdə quru və dəniz gücləri arasındakı fərq klişedir - Afina və Sparta, İngiltərə və Almaniya, ABŞ və Çin.


Torpaq sərt iyerarxiyaları, “zolaqlı məkanı”, nəhəng orduları, ağaca bənzər ənənə və bilik anlayışlarını, əraziləşmə və nizamı ifadə edir. Dəniz isə əks anlayışları ifadə edir: şəbəkələr, "hamar məkan", dəniz qüvvələri və quldurlar, rizomatik mədəniyyət, ərazisizləşmə və hərəkətlilik.


Bütün bu ideyalar, nəzəriyyələr və konseptlər son nəticədə Yaradılış (Genesis) kitabına qədər gedib çıxan fundamental fərqləndirmədən əmələ gəlir.


Dəniz Torpaqdan daha qədimdir. Allah: “Göylərin altındakı sular bir yerə yığılsın və quru ərazi görünsün” deməzdən əvvəl “Allahın Ruhu suların üzərində hərəkət etdi”. İndi isə "Yer" və "Dənizlər" mövcuddur. Allah İnsanı torpaqdan yaratmadan və ona həyat bəxş etməzdən çox-çox əvvəl “ nəhəng balinaları və hərəkət edən hər cür canlı məxluqu yaratdı”. Bundan sonra Yaradılış kitabı uzun müddət dənizdən və balinadan (daha sonralar əhəmiyyət daşıyacaq əlamətdar heyvandan) bəhs etmirdi - o, diqqətini torpağa və insana yönəltmişdi.


Allah Edendə bir bağ yaradır və İnsanı oraya qoyur. Cənnət sözü, parádeisos, əvvəlcə divarlı bağ kimi təsvir edilirdi (qədim fars dilində "paridaidam"). Dünyanın yaradılışından bəri ilk dəfə olaraq xüsusi ərazi digərindən ayrılmışdı. Kim burada yaşayırsa, qovula, başqa yerə köçürülə bilər; Beləliklə, İnsan ilk vaxtlar köçəri olmamışdır. Onun müəyyən bir anklavdan kənarlaşdırılması yalnız onun bu anklavlara daxil edilməsindən sonra ola bilərdi.


Yaradılış Kitabı fərz edir ki, ərazinin müəyyən bir hissəsi becərilməmişdən əvvəl ayrılmalıdır; əlbəttə ki, bu, yalnız torpaq ərazidə baş verə bilər, hansı ki burada xətlər çəkilə bilər və boş məkan zolaqla ayrıla bilər. Karl Şmitin dediyi kimi, "Dəniz sahildən başqa heç bir sərhəd tanımır". Bu isə “hamar məkandır” hansı ki, onun üzərində heç bir xətt çəkilə bilməz, heç bir məkan sərhədi müəyyən edilə bilməz və heç bir davamlı nizam yaradıla bilməz. Torpaq mənimsənilə və hətta sahib oluna bilər; dənizi isə ancaq keçmək olar. Dəniz bir vasitə olaraq yer dəyişikliyini təmsil edir, özlüyündə xüsusi yer deyildir.


Yaradılış kitabındakı hekayədə dəniz Allahın cəzası olaraq əsrlər sonra qayıdır: Böyük Daşqın İnsanı və onun yaratdığı sistemi, ərazilərini və sərhədlərini tamamilə məhv edir. Beləliklə, “Rəbbin lənətlədiyi torpaq” yox olur; Karl Şmitin “Yerin Nomoları” əsərində “nizam və oriyentasiya birliyi” kimi təsvir edilən, insan tərəfindən yaradılmış bu məkan ərazisizləşdirilir. “Hasarlar, sərhədlər, divarlar, evlər və digər tikililər” yoxa çıxır. Nuh və onun qəbiləsi dəniz anlayışının parçası olmağa məcbur edilir. Daşqından sonra yer heç bir xətləri və sərhədləri olmayan “hamar məkana” çevrilir. İbrahim Lutdan soruşur: “Bütün ölkə sənin qarşında deyilmi?”.


Nuhun oğulları torpaq mənimsənilməsinin və şəhərlərin salınmasının nümayəndələri kimi, başqa sözlə, yenidən əraziləşdirmə agentləri kimi çıxış edirlər. “Sağlam torpaq” (Terra Firma) Hegelin bildiyi bütün qanun və nizamın əsasıdır. Daşqın azaldıqca “Nuhun oğulları” şəhərlərin və dövlətlərin əsasını qoyurdular: Babil və Nineva, Sodom və Qomorra. Torpaq bölünür, sərhədləri çəkilirdi. Bu sərhədlər hər cür fərqliliklərlə inkişaf edir və “daşqından sonra yer üzündə millətlər bunlar vasitəsilə bölünürdü”. Bu “millətlər” sərhədləri müəyyən edilmiş hökmranlıq ərazilərində məskunlaşdılar və tezliklə bir-biri ilə “müharibə etməyə” başladılar. Bu müharibələrin səbəbi tam aydın idi: “Torpaq onlara dözə bilmədi ki, bir yerdə yaşaya bilsinlər”. Hegelin də qeyd etdiyi kimi İbrahimlə Lut arasındakı çəkişmənin müharibəyə çevrilməməsinin səbəbi kifayət qədər yeni ərazinin, qardaşlar üçün kifayət qədər açıq ərazinin olması idi. Artıq boş ərazi qalmayan kimi “torpağı mənimsəyən qrup” ilə “torpağın sahibi qrupu” arasında toqquşma olur və onların münaqişəsi müharibə və işğal səviyyəsinə qədər yüksəlirdi. Bəziləri iddia edə bilərlər ki, torpaq eyni ərazidə daha çox adamın olmasından zülm çəkməsə də dost-düşmən ayırımına görə nəticə etibarilə cavabdehdir.


Belə bir açıq tənqid var: Şmit maldarlarla kənd təsərrüfatçıları arasında kifayət qədər fərq qoymur. O, köçəri paylanma ehtimalını saymır. Qardaş öldürən fermer Qabil çoban Habillə aid olduqları məkan ("quru" və "dəniz") baxımından eyni deyillər. Delözun da qeyd etdiyi kimi:


Homer dövründə çoban peşəsinin torpaq sahəsi ilə heç bir əlaqəsi yox idi; aqrar məsələ ön plana çıxanda, Solonun dövründə tamamilə başqa bir mənada ifadə olunurdu. Otlağa aparmaq (nemo) heyvanların insanlar arasında paylanması deyil, onların səpələnməsi, yenidən bölünməsi demək idi.


Bu köçəri “səpələnmə” Şmitin mülkiyyət hüquqlarının bölüşdürülməsi kimi torpağın bölünməsi və mənimsənilməsi anlayışından çox fərqli bir anlayışı ifadə edir. Onun torpaqların mənimsənilməsi konsepsiyası həmişə qıtlıq ideyası ilə bağlı olmuşdur, çünki paylanmış məkan həmişə məhdud məkandır: yeni torpaq yaradıla bilməz, lakin yeni torpaq mülkiyyətçi və torpaq axtarışı səlahiyyətlərini yarada bilər. Məkan iqtisadiyyatına əsaslanan Nomolar konsepsiyası həmişə döyüş nüanslarını özündə daşıyır. Karl Şmit bu anlayışları - qıt məkan, xalqların və dövlətlərin fərqliliyi və müharibəni Yaradılış Kitabına əsaslanmışdı. O, cavab verərdi ki, hələ də torpaq qaldığı üçün İbrahimlə Lutun yayına bildikləri bu münaqişə fermerlər arasında deyil, çobanlar arasında olan münaqişə idi. Onların hər ikisinin çoxlu “qoyun sürüləri, ilxıları və çadırları” vardı. Torpağın mənimsənilməsinin pastoral anlayışı, əlbəttə ki, fərqlidir - köçərilər torpağı zolaqlaşdırmağa və qıtlığa doğru sövq etmirlər - lakin bu fərqlər heç bir şəkildə sülhə zəmanət vermir: "və İbrahimin mal-qarasına baxan çobanlar ilə Lutun mal-qarasına baxanlar arasında çəkişmə olmuşdu”.


Əbəs bir mübahisənin qarşısı alınır, çünki dünyada hələ də köçərilərin öz böyüyən xalqlarını və sürülərini idarə edə biləcəyi boş yerlər var idi. Ancaq bir neçə onillikdən sonra İbrahim ölülərini basdıra bilmək üçün Hetayt Efrona “dörd yüz şekel gümüş” ödəməli olur. “Efronun tarlası […] və tarlada, onun bütün sərhədlərində olan ağaclar İbrahimə mülk olaraq verildi”. Torpağın original mənimsənilməsi başa çatdı. İndi yer yalnız başqalarından gümüş sikkələr və ya bürünc silahlarla alına bilərdi. Artıq paylanılacaq torpaq yox idi: kimin hansı torpağa sahib ola biləcəyini “qılıncın kənarı” həll edirdi. Şəhərlər yerlə-yeksan edilir, kişilər amansızca öldürülür, qadınlar zorla alınırdı. Köçəri çobanlar banditlərə və qaçaqlara çevrilir; şəhərlərə divarlar çəkilir və əsgərlər yetişdirilirdi. Səbəblər hələ də eynidir: “Onların yad olduqları torpaqlar onların mal-qarasına görə onlara dözə bilmədi”. Şmitt əkinçilik və maldarlıq bölünməsinin nüanslarını qaçırmış olsa da, Delöz və Qvatari sadəcə köçərilərin artımının müəyyən dərəcə əhali sıxlığında zorakılığa gətirməsini unudublar.



Mücərrəd fəlsəfənin köçəriləri boş əraziləri onu sahələrə və mülklərə bölmədən, nizam və iyerarxiya yaratmadan dolaşırdılar. Bunu etmək Delöz Qvatariyə görə, əksinə , dövlətin əsas məqsədi idi:


Dövlətin əsas vəzifələrindən biri onun hökmranlıq etdiyi məkanlara zolaq çəkmək və ya hamar məkanlardan zolaqlı məkan xidmətində kommunikasiya vasitəsi kimi istifadə etmək idi. Yalnız köçəriliyə qalib gəlmək deyil, həm də miqrasiyaya nəzarət etmək və daha ümumən, ekumenonu keçən bütün axınlar üzərində, vahid görkəm üzərində hüquqlar zonası yaratmaq hər bir dövlətin mühüm məsələsi idi.

Bunu Şmit “Nizam və oriyentasiya birliyi” adlandırmışdır:



Hər bir halda, həm daxildə, həm də xaricdə torpaqların mənimsənilməsi bütün sonrakı qanunların əsasını təşkil edən əsas hüquqi başlığa çevrildi. Ərazi hüququ və ərazi varisliyi, milis və ordu torpaqlara yiyələnməyə vadar edir. Torpağın mənimsənilməsi özəl və ictimai hüquq arasındakı fərqdən əvvəl olmuşdur; ümumiyyətlə, bu fərqləndirməyə şərait yaradır. Bu mənada, hüquqi nöqteyi-nəzərdən torpaqların mənimsənilməsinin kateqoriyalı xarakter daşıdığını söyləmək olar.



Sərhədlərin yaradılması və torpağın mülkiyyət kimi bölüşdürülməsi dövləti öz növbəsində “hamar məkanları” (və ya ən azı ona bənzər həyat tərzini) yenidən yaratmağa çalışan ərazisizləşdirici “müharibə maşınına” çevrilən köçərilərə qarşı əsas müxalifətə çevirir. Dövlət özünü “köçəri döyüş maşını”na qarşı müdafiə etmək üçün sərhədlər, divarlar, qalalar və ordular yaradır, lakin dövlətin özünü hermetik şəkildə möhürləmək üçün vasitələri olmadığından, onun müdafiəsinə nüfuz edən müəyyən axınlar həmişə olacaq, məsələn. köçərilərin əlində ərazisizləşdirmə silahına çevrilə bilən mal, məlumat, insan və pul axını istər Şmitin “qulduru”, istərsə də Delözün müharibə maşını” olsun, oturaq və köçəri Nomolar arasındakı münaqişə Quru və Dəniz metaforası ilə təmsil olunur; məkanlar bərkiyir və ya mayeləşir; Torpaq möhkəm, dəniz isə quruyan, buxarlanandır. Bu, bizi balina mövzusuna geri qaytarır. Siyasi nəzəriyyənin qüdrətli simvolu, xüsusilə maraqlıdır, çünki o, münaqişənin hər iki tərəfini təmsil edir: o, dənizdə balıq kimi yaşayır, amma bizim kimi məməlidir. O, “hamar məkanda” yaşayır və heç bir sərhəd tanımır. Onu izləmək üçün heç bir yola və ya bağlamaya ehtiyacı olmayan balina ovcusu ərazisizləşdirmə agenti kimi hərəkət edir. Halbuki balina həm də Hobbsun “Leviathanı”, dövlətin özünün simvoludur. Nağıllarda və əfsanələrdə o, kürəyində şəhərləri və yaxud bağırsağında adaları daşıyır.


Balina qeyri-müəyyən, lakin güclü bir simvoldur.


Onun ədəbi şöhrəti əsasən Herman Melvilin “Mobi-Dik” əsərindən qaynaqlanır ki, bu da özlüyündə quru, dəniz, müharibə, ərazisizləşdirmə və yenidən əraziləşdirmə, “hamar” və “zolaqlı” məkanlar və köçərilik haqqında möhtəşəm povest təqdim edir. Onun “Benito Sereno” romanı kimi, “Mobi-Dik” də zəngin mədəni və geosiyasi təhlil mənbəyinə çevrilə bilər. Bu, baxmayaraq, başqa bir esse üçün bir mövzudur.


Mənbə: https://medium.com/@Fatalist_Rus/the-geopolitics-of-genesis-50048df548cc


88 views

Recent Posts

See All